İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı başladılan yoxlama çərçivəsində indiyədək 8367 bina yoxlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında açıqlayıb.
Nazir bildirib ki, bu binalardan 7113-nün ciddi, 437-nin isə az zədəli olduğu müəyyən edilib. Ziyan dəymə yoxlamaları başa çatdıqdan sonra zəruri addımlar atılacaq.
Nazir dəyən zərərin müəyyənləşdirilməsi üçün ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece olmaqla beş rayonundan müraciətin daxil olduğunu deyib.
Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə girməyə çəkinir.



Digər xəbərlər

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir

Türkiyədə 60-cı Prezidentlik Velosiped Turuna start verilib

Starmer: Avropa ABŞ-dan ayrı Ukrayna siyasəti yürütməməlidir

Media: Harvard Universiteti bir milyard dollarlıq aktivini satmaq istəyir

Media: Tramp Səudiyyə Ərəbistanına ABŞ silahlarının satışı ilə bağlı 100 milyard dollarlıq müqavilə təklif edəcək
Xəbər lenti
Ən çox oxunan
