Media: Tramp Səudiyyə Ərəbistanına ABŞ silahlarının satışı ilə bağlı 100 milyard dollarlıq müqavilə təklif edəcək
 

11:04 / 25.04.2025 Oxunub: 144

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan Amerika silahlarının satışı ilə bağlı müqavilə təklif etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumat görə, bu açıqlama Trampın 2025-ci ilin mayında krallığa planlaşdırılan səfəri zamanı elan ediləcək. Agentliyin qeyd etdiyi kimi, Cozef Baydenin başçılıq etdiyi əvvəlki ABŞ administrasiyası krallıq və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişin bir hissəsi olması nəzərdə tutulan Səudiyyə Ərəbistanı ilə razılaşmanı heç vaxt yekunlaşdıra bilməyib.

Xüsusilə, Trampın sələfi krallığın Çindən silah almaqdan çəkinməsi və Pekinin ölkəyə əlavə sərmayə qoymasına qadağa qoyması müqabilində Səudiyyə Ərəbistanına ABŞ-ın qabaqcıl silah sistemlərinə geniş çıxış təklif edib.



Digər xəbərlər

Xəbər lenti

25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ