Milli Məclisin deputatları Türkiyənin Düzce şəhərinin valisi ilə görüşüblər

Milli Məclisin deputatları, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva və Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova Türkiyənin Düzce şəhərinə səfər çərçivəsində şəhərin valisi Selçuk Aslan ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüş zamanı ortaq mədəni irsin qorunması, tarixi əlaqələrin dərinləşdirilməsi yönündə tərəfdaşlığın daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının qarşılıqlı etimada və qardaşlığa əsaslanan münasibətləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verir. Bu siyasi və mənəvi yaxınlığın gücləndirilməsi istiqamətində birgə tədbirlərin, konfransların və mədəni layihələrin həyata keçirilməsinin önəminə diqqət çəkilib.
Milli Məclisin deputatları Azərbaycan ilə Türkiyə arasında müştərək mədəni irsin təbliği və bölgələrarası əlaqələrin dərinləşdirilməsi yönündə layihələrə dəstək ifadə ediblər.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr ilə davam edib.



Digər xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib

AEBA-nın baş direktoru İran, Rusiya və Çin nümayəndələri ilə birgə toplantı keçirib

Danimarkalı səyyahın Şuşa təəssürtları

Beynəlxalq səyyahlar Xankəndidə - FOTO
jpg-1745493713.jpg)