Starmer: Avropa ABŞ-dan ayrı Ukrayna siyasəti yürütməməlidir

Böyük Britaniyanın Baş naziri Kir Starmer hesab edir ki, Avropanın ABŞ-dan asılı olmayaraq Ukrayna ilə bağlı siyasət yürütməsi fikri yanlışdır.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.
"Bir çoxları bizi ortaq Avropa və Amerika kursu deyil, sırf Avropa kursu ilə getməyə çağırır. Düşünürəm ki, bu, həm Ukraynaya münasibətdə, həm də ümumiyyətlə, kökündən yanlışdır. Məhz NATO əsaslı yanaşma bizə sülh içində yaşamağa imkan verdi", - deyə Starmer alyans üzvlərinin onun qorunub saxlanmasına diqqət yetirməli olduğunu vurğulayıb.
Eyni zamanda, Starmer ABŞ Prezidenti Donald Trampın bir sıra bəyanatları ilə razılaşmadığını qeyd edib.
Müsahibədə Starmer Ukraynada uzunmüddətli atəşkəsin zəruriliyindən də danışıb.



Digər xəbərlər

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir

Türkiyədə 60-cı Prezidentlik Velosiped Turuna start verilib

Media: Harvard Universiteti bir milyard dollarlıq aktivini satmaq istəyir
