Komitə sədri: Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsasında sahibkarlığın inkişafı dayanır

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsasında sahibkarlığın inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri-neft sektorunun payı 81,4 faiz, xidmət sahəsinin payı 71,4 faiz, kənd təsərrüfatının payı isə 99,4 faiz artıb.
“Sərmayə qoyuluşunun artması, yeni aqroparkların istifadəyə verilməsi və digər iqtisadi tədbirlər büdcə gəlirlərini artırmaqla yanaşı əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub”, - deyə A.Əmiraslanov vurğulayıb.



Digər xəbərlər

Elnur Əliyev: Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas istiqamətlərindəndir

Daha bir BOKT-a verilmiş lisenziya ləğv olunub

Hesablama Palatası Kliniki Tibbi Mərkəzin xərclərindən DANIŞDI
jpg-1744828235.jpg)
Rubl kəskin BAHALAŞDI - Azərbaycana da təsiri olacaq

Banklar POS-terminallara görə ildə bu qədər qazanır-MƏBLƏĞ
