Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA

18:14 / 27.04.2025
Oxunub: 36
Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-i saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.



Digər xəbərlər

Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ən yüksək keçid balı olan AZƏRBAYCAN UNİVERSİTETİ

Arıqlama çaylarının ACINACAQLI FƏSADLARI

Ən çox gəlir gətirən peşələr: Hansını seçməliyik?

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Xəbər lenti
27 Aprel 2025
25 Aprel 2025
Ən çox oxunan

18:11
27 Aprel 2025
58