Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib

18:13 / 27.04.2025
Oxunub: 52
Aprelin 27-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə sınaq imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda ümumilikdə 352 nəfər iştirak edib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə (qapalı tipli tapşırıqlar üzrə) tanış olmaq imkanına malik olublar. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən yekun imtahan nəticələrinin 6 həftə ərzində elan olunması nəzərdə tutulur.



Digər xəbərlər

Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ən yüksək keçid balı olan AZƏRBAYCAN UNİVERSİTETİ

Arıqlama çaylarının ACINACAQLI FƏSADLARI

Ən çox gəlir gətirən peşələr: Hansını seçməliyik?

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Xəbər lenti
27 Aprel 2025
25 Aprel 2025
Ən çox oxunan

18:11
27 Aprel 2025
58