Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşüb - FAKTİKİ HAVA
16:02 / 09.05.2026
Oxunub: 31
Mayın 9-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumatına əsasən mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb.
Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb.
Mayın 8-də Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşüb.


Digər xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib
Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOLAR
Sabah hava əsasən yağmursuz olacaq
Həyatını xalqına həsr etmiş lider
Yaponiyanın milyonlarla nəşr olunan qəzetləri Azərbaycandan yazıb
Xəbər lenti
08 May 2026
04 May 2026