Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
AZƏRTAC-a daxil olan müraciətdə deyilir:
“Həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır.
Sürücülərdən xahiş olunur ki:
• Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.
• Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər.
• Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.
• Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər.
Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər.
Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərlər zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir”.


Digər xəbərlər
Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOLAR
Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşüb - FAKTİKİ HAVA
Sabah hava əsasən yağmursuz olacaq
Həyatını xalqına həsr etmiş lider