Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər
16:46 / 09.05.2026
Oxunub: 54
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.
"Report" xəbər verir ki, dövlət başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.
Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib.


Digər xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOLAR
Həyatını xalqına həsr etmiş lider
ICESCO-nun qərargahında "Natəvan Mədəni İrs Mükafatı"nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub
Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları
Prezident İlham Əliyev bu görüntünü paylaşdı - VİDEO
Sahil Babayev: "Orta Dəhlizin əhəmiyyəti artır"
Xəbər lenti
08 May 2026
04 May 2026