Praqa hava limanında dron insidenti uçuşları pozub
Çexiyanın paytaxtı Praqada yerləşən Vatslav Havel hava limanında qeyri-qanuni dron uçuşu səbəbindən aviareyslərin hərəkətində ciddi gecikmələr yaranıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində bir təyyarə Vyanaya yönləndirilib, bir neçə digər reys isə gecikib.
Çexiya polisi dronu idarə etməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü bir şəxsi saxlayıb və uçuş aparatını müsadirə edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə hava təhlükəsizliyi qaydalarının pozulması kimi araşdırılır. Praqa hava limanı ətrafında dron uçuşlarına ciddi məhdudiyyətlər tətbiq olunur və icazəsiz uçuşlar təyyarələrin eniş-qalxış prosesinə təhlükə yarada bilər. Son illərdə Çexiyada bu cür insidentlərin sayı artıb və səlahiyyətlilər nəzarət tədbirlərinin sərtləşdirilməsini müzakirə edir.


Digər xəbərlər
Merts: Avropa ABŞ ilə fikir ayrılıqlarına baxmayaraq, NATO-nun funksionallığını qorumağa çalışır
Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm
Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz
Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi
Almaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO