Aİ-95 benzini ilə bağlı rəsmi məlumat yayıldı
15:45 / 27.10.2025
Oxunub: 49
Azərbaycanda Aİ-95 benzininin istehsalı kəskin azalıb.
Musavat.com xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi yayıb.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 45% azalaraq 13,8 min ton təşkil edib.
Eyni zamanda, Aİ-92 markalı benzinin istehsalı 1 067,54 min ton olub ki, bu da illik müqayisədə 2,1% artım deməkdir. Ümumilikdə isə ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.


Digər xəbərlər
Vətəndaşlar kredit borcunu niyə qaytarmır - səbəb gəlirdir, yoxsa..?
Bu avtomobillər bahalaşacaq
Azərbaycandakı bankların aktivlərinin məbləğinə görə renkinqi (01.10.2025)
Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisi ilə bağlı YENİ QƏRAR
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb