Köçəryan: “27 oktyabr hadisələrinin tam açılması mümkündür”

19:30 / 27.10.2025 Oxunub: 89

Ermənistan parlamentinin Müdafiə və milli təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan bildirib ki, 1999-cu ilin 27 oktyabr hadisələri ilə bağlı işin tam şəkildə açılması üçün hələ də imkanlar mövcuddur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində deyib.

Köçəryanın sözlərinə görə, bu iş üzrə ölkə hüdudlarından kənarda yaşayan və dindirilməmiş şahidlər var. O hesab edir ki, həmin şəxslərin ifadələri hadisənin tam aydınlaşdırılması baxımından həlledici əhəmiyyət daşıya bilər.

Xatırladaq ki, 27 oktyabr 1999-cu il terror hadisəsindən 26 il ötür. Silahlı hücum nəticəsində Ermənistan parlamentinin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Mironyan, deputatlar Armenak Armenakyan, Henrik Abramyan, Mikael Kotanyan və operativ məsələlər üzrə nazir (baş nazirin müavini) Leonard Petrosyan öldürülüblər.



Digər xəbərlər

Xəbər lenti

27 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ