Allahşükür Paşazadə Vatikana səfər edəcək, Papa ilə görüşəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Vatikana səfər edəcək.
Bu barədə "Report"a QMİ-dən məlumat verilib.
Qeyd edilib ki, səfər Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədi olan Nostra Aetatın 60-cı ildönümü münasibətilə təntənəli tədbirlərə dəvət əsasında baş tutacaq.
İldönümü bütün dünyada sülhün, həmrəyliyin və qarşılıqlı hörmətin bir daha vurğulanıb möhkəmləndirilməsinə həsr olunmuş "Ümid İli" ilə üst-üstə düşür.
Şeyxülislam A.Paşazadə oktyabr ayının 28-də Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində QMİ sədrinin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.


Digər xəbərlər
Köçəryan: “27 oktyabr hadisələrinin tam açılması mümkündür”
Britaniyanın baş naziri Türkiyəyə gedir - DETALLAR
Mirzoyan: “Ermənistan Türkiyə ilə çox intensiv dialoq aparır”
Türkiyə xarici işlər nazirinin müavini Azərbaycana gəlib
Mirzoyan: Azərbaycanla əldə edilən bütün razılaşmalar faydalıdır