Yaşayış evində yanğın oldu - Ölən var
14:15 / 26.10.2025
Oxunub: 1035
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Digər xəbərlər
Xəbər lenti
12 Noyabr 2025
Ən çox oxunan
14:00
09 Noyabr 2025
1090