Hansı istiqamətlərdə əlavə qatar reysləri təyin edilib?

16:45 / 27.10.2025 Oxunub: 52

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

 

ADY-dən verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.

Qeyd olunur ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

 

 

 

 



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ