Tramp Qətər əmiri ilə öz təyyarəsində görüşüb

08:15 / 26.10.2025 Oxunub: 892

ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Sani və Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə görüşüb.

Trampın təyyarəsi Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etməyi planlaşdırdığı Malayziyaya gedərkən yanacaq doldurmaq üçün Dohaya eniş edib. Qətər Əmiri və Baş naziri ABŞ Prezidenti ilə danışıqlar aparmaq üçün Air Force One təyyarəsinə miniblər. Görüşü Əl-Cəzirə  canlı yayımlayıb.

Tramp həmsöhbətlərini "etibarlı müttəfiqlər" adlandıraraq "Sizi təyyarəmizdə qarşılamaqdan şərəf duyuruq" deyib: "Sizə təşəkkür edirik. Yaxın Şərq artıq təhlükəsizdir və ümid edirik ki, bu təhlükəsizliyi uzun müddət qoruyacaqsınız".

Qəzza zolağındakı vəziyyətin Trampın Qətər əmiri və baş naziri ilə danışıqlarının əsas mövzusu olduğu bildirilir.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ