Şəkidə dəhşətli qəza: Ölənlərin sayı...

19:45 / 21.10.2025 Oxunub: 1558

Şəkidə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

KANAL 20 TV  APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir.

Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.

***

19:10

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

KANAL 20 TV  APA-ya istinadən xəbər verir ki, nın yerli bürosunun xəbərinə görə, oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ