Əməkhaqqı artıb - RƏQƏMLƏR

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,7 % artaraq 1 094 manat təşkil edib.
KANAL 20 TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.



Digər xəbərlər

Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığa dair görüş keçirilir

AZAL-ın ikinci yeni “Airbus A320neo” təyyarəsi Bakıya gətirilib

Qızılın qiyməti rekord səviyyəyə çatdı

İran “Bazan” yatağında böyük həcmdə qaz ehtiyatları kəşf edib

Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq

Nağdsız ödəniş sisteminin tətbiq edildiyi avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər təsdiqlənib
Xəbər lenti
Ən çox oxunan
