Rusiyadan 35 min miqrant çıxarılıb

Rusiya hakimiyyəti ölkədə qanunsuz yaşayan miqrantlara qarşı nəzarəti gücləndirib.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, ölkədə qalma statusunu qanuniləşdirməyən əcnəbilər mütləq şəkildə ölkəni tərk etməlidirlər. Əks halda, onları inzibati qaydada deportasiya, cərimə və beş il müddətinə Rusiyaya giriş qadağası gözləyir.
Volodinin sözlərinə görə, sentyabr ayında Rusiyada olan və “nəzarət siyahısına” daxil edilmiş əcnəbilərin qalma müddəti başa çatıb. Ayın əvvəlində bu siyahıda artıq 770 min miqrant qeydiyyatda idi.
Rəsmi məlumatlara əsasən, yanvar–avqust ayları ərzində miqrasiya qanunvericiliyinin pozulması səbəbindən 35 min əcnəbi Rusiya Federasiyasından çıxarılıb.
Analitiklərin hesablamalarına görə, hazırda ölkədə ümumilikdə 6,9 milyon miqrant yaşayır ki, bu da Rusiya əhalisinin təxminən 4,7 faizinə bərabərdir.



Digər xəbərlər

Trampın sülh və rifah bəyannaməsi Ağ Evin saytında dərc olundu
jpg-1760415137.jpg)
ABŞ, Türkiyə, Misir və Qətər Yaxın Şərqlə bağlı ortaq məxrəcə gəliblər

Türkiyə Prezident Administrasiyası Yaxın Şərq Sülh Sammitini dəyərləndirib

Tramp Zelenski ilə oktyabrın 17-də görüşmək niyyətində olduğunu təsdiqləyib

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Düşənbədəki toplantı Azərbaycanın regional siyasətdə əməkdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirdi – Deputat
Xəbər lenti
Ən çox oxunan
