Türkiyə Prezident Administrasiyası Yaxın Şərq Sülh Sammitini dəyərləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da daxil olduğu Yaxın Şərq Sülh Sammiti regional sülhün bərqərar edilməsinə yönəlmiş diplomatiyada əhəmiyyətli bir mərhələ olub.
"Report"un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhənəddin Duran deyib.
"Sülh Sammiti Qəzza zolağında daimi atəşkəsin əldə edilməsi, regional sülh və sabitliyin bərqərar edilməsi istiqamətində diplomatik səylərdə mühüm mərhələ oldu. Sammitdə görüşlər zamanı prezidentimiz Türkiyənin sülh, ədalət və insani dəyərlərə əsaslanan qətiyyətli mövqeyini bir daha nümayiş etdirib, davamlı sülhün əldə edilməsi üçün iki dövlətli həllin vacibliyini vurğulayıb", - Duran sosial mediada yazıb.
O, həmçinin xatırladıb ki, Türkiyə Ərdoğanın rəhbərliyi altında İsrailin Qəzzada hərəkətlərinə son qoymaq, mülki vətəndaşları qorumaq və humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün ilkin olaraq intensiv diplomatik işlər görüb:
"Ölkəmiz Qəzzanın yenidən qurulması, fələstinli qardaş və bacılarımızın dinc və təhlükəsiz gələcəyə ümidlə baxa bilməsi üçün öz məsuliyyətini daşımağa davam edəcək. O, məzlumları dəstəkləməyə, ədaləti müdafiə etməyə və sülhün öncülü olmağa davam edəcək", - paylaşımda bildirilib.



Digər xəbərlər

Trampın sülh və rifah bəyannaməsi Ağ Evin saytında dərc olundu
jpg-1760415137.jpg)
ABŞ, Türkiyə, Misir və Qətər Yaxın Şərqlə bağlı ortaq məxrəcə gəliblər

Rusiyadan 35 min miqrant çıxarılıb

Tramp Zelenski ilə oktyabrın 17-də görüşmək niyyətində olduğunu təsdiqləyib

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Düşənbədəki toplantı Azərbaycanın regional siyasətdə əməkdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirdi – Deputat
Xəbər lenti
Ən çox oxunan
