“Theraplay” Nitq və İnkişaf Mərkəzinin yeni filialı açıldı - FOTOLAR
 

10:30 / 24.09.2025 Oxunub: 958

 

Kanal20 TV xəbər verir ki, paytaxtda fəaliyyət göstərən “Theraplay” Nitq və İnkişaf Mərkəzinin Xətai rayon filialının açılışı olub. Bu barədə media nümayəndələrinə mərkəzin rəhbəri Rufina Paşayeva məlumat verib. O, bildirib ki, Əhmədlidə, Neapol dairəsində yerləşən filial sayca ikincidir.“Mərkəzimizdə həm tipik, həm də atipik uşaqları və böyüklərı psixoloji, pedoqoji, psixo-pedoqoji, loqopedik dəstək göstərilməkdədir. Böyüklərdə insult, infarkt onurğada və oynaqlarda ağrılar, nevroloji, fizioloji və psixoloji xəstəliklərindən əziyyət çəkənlər mərkəzimizdə müalicə olunurlar”, – deyə mərkəzin rəhbəri əlavə edib.Qeyd edək ki, “Theraplay” Nitq və İnkişaf Mərkəzində, həmçinin autizm spektri pozuntusu, yuxu pozuntuları, psixi inkişafın ləngiməsi, sərbəst nitq, yaddaş zəifliyi, zəka geriliyi, depressiya, seçicilik-qərarsızlıq, həyəcan-təlaşı, panik pozuntu, utancaqlıq problemləri, özünəqapanma, aqressivlik, şiddətə meyillilik, disleksiya (oxuma çətinliyi), hiperaktivlik, diqqət əskikliyi, enurez, enkoprez və çarpazlıq, depressiv pozuntular, baş ağrıları, qorxular, fobiyalar, sosial fobiya, dərsə qarşı nifrət, ailədaxili münasibətlərdə gərginlik, nitq ləngiməsi, nitq ləngiməsi spektri, dislaliya (sözlərin tələffüz edilə bilməməsi), tiklər (istəmədən edilən hərəkətlər), məktəb fobiyası, dərsə qarşı nifrət, ailədaxili münasibətlərdə gərginlik, müxtəlif istiqamətlər üzrə fərdi psixoloji konsultasiya xidmətləri də göstərilir.Rufina Paşayevanın sözlərinə görə, mərkəzdə hər bir uşağın öz potensialı kəşf edilir. Psixoloji dəstək, inkişafetdirici məşğələlər, terapevtik oyunlar və müalicələr vasitəsilə onların sosial, emosional və intellektual bacarıqları artırılır. “Məqsədimiz  uşaqların sağlam inkişafına töhfə vermək və gələcəkdə cəmiyyətə faydalı fərd kimi formalaşmalarına zəmin yaratmaqdır. “Theraplay” Nitq və İnkişaf Mərkəzi olaraq, uşaqların inkişafı ilə yanaşı, valideynlərin də maarifləndirilməsini önəmli hesab edirik. Uşaqların düzgün tərbiyəsi, valideyn-uşaq münasibətləri, həmçinin ailədaxili ünsiyyətin sağlam qurulması istiqamətində seminarlar, təlimlər və fərdi görüşlər keçiririk”.Burada hər bir uşağın ehtiyaclarına uyğun olaraq, onların psixoloji, sosial və emosional inkişafına dəstək verilir. “Hər bir uşağın üzündəki təbəssüm bizim motivasiyamızdır. Onların sağlam böyüməsi, özünə inamlı və xoşbəxt olması üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədimiz – uşaqların gələcəkdə cəmiyyət üçün dəyərli fərd olmalarıdır”, – mərkəzin rəhbəri R.Paşayeva vurğulayıb.



Digər xəbərlər

Xəbər lenti

14 Oktyabr 2025
13 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ