Britaniya Qəzzaya yardım paketi çərçivəsində 27 milyon dollar ayıracaq
jpg-1760346510.jpg)
Böyük Britaniya Qəzza zolağında su, kanalizasiya və gigiyenanı dəstəkləmək üçün 20 milyon funt sterlinq (27 milyon dollar) məbləğində yardım paketi təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Britaniyanın Baş naziri Kir Starmer dünya liderlərinin münaqişənin həllinə həsr olunmuş sammitində iştirak etmək üçün Misirə gələrkən məlumat verib.
Böyük Britaniya bildirib ki, maliyyə UNICEF, Dünya Ərzaq Proqramı və Norveç Qaçqınlar Şurası vasitəsilə yönəldiləcək, aclıq, qida çatışmazlığı və xəstəliklə üzləşən insanlara dəstək olacaq.
Bazar günü Qəzza zolağında İsrail ilə HƏMAS arasında atəşkəsin üçüncü günü qeyd edilib, bu, iki ildən sonra müharibəyə son qoymaq üçün nəzərdə tutulan razılaşmanın birinci mərhələsinin bir hissəsidir.
Böyük Britaniya, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı da daxil olmaqla beynəlxalq hökumətlərin, özəl sektorun və inkişaf maliyyə təşkilatlarının nümayəndələrini bir araya gətirərək Qəzzanın yenidən qurulması ilə bağlı üçgünlük sammitə ev sahibliyi edəcəyini bildirib.
London keçən ay rəsmi olaraq dövlət kimi tanıdığı Fələstinə bu maliyyə ilində 74 milyon funt sterlinq humanitar yardım etdiyini də bildirib.



Digər xəbərlər

Misir Prezidenti Donald Trampı “Nil” ordeni ilə təltif edib

G7 Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edəcək

Si Cinpin qadınların siyasətdə və dövlət orqanlarında rolunu artırmağa çağırıb

Niderlandda növbədənkənar parlament seçkiləri keçiriləcək

“Türk Hava Yolları” təyyarə sayına görə dünyada doqquzuncu yerə yüksəlib
jpg-1760272613.jpg)
Maçado: "Tramp 2026-cı ildə Nobel Sülh mükafatını almalıdır"
Xəbər lenti
Ən çox oxunan
