Nanə ATV-dən gedibmi?

17:15 / 08.10.2025 Oxunub: 334

Son günlər sosial şəbəkələrdə tanınmış aparıcı Nanə Ağamalıyevanın “7 Tamam” verilişinin bağlanması və yeni mövsümdə davam etməyəcəyi ilə bağlı məlumatlar öz əksini tapıb. Eyni zamanda, aparıcının artıq ATV telekanalında fəaliyyətinə davam etməyəcəyi, başqa telekanala keçid edəcəyi ilə bağlı iddialar da mövcuddur.

 

Məsələ ilə bağlı Manset.az ATV telekanalını  “Media və ictimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri Ozal İbrahimli ilə əlaqə saxlayıb. Ozal İbrahimli suallarımıza cavab olaraq bildirib:

“Nanə Ağamalıyeva heç bir yerə getməyib. Doğma ATV kanalındadır. Yeni layihəsi olacaq".

Ozal İbrahimli hazırda yeni layihəyə hazırlıq işlərinin getdiyini də vurğulayıb. 



Digər xəbərlər

Xəbər lenti

14 Oktyabr 2025
13 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ