DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub - YENİLƏNİB-6

08:30 / 14.10.2025 Oxunub: 132

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.

Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

00:11

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.

64-cü dəqiqədə Ruslan Malinovski fərqlənib.



Digər xəbərlər

Xəbər lenti

14 Oktyabr 2025
13 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ