AZAL-ın ikinci yeni “Airbus A320neo” təyyarəsi Bakıya gətirilib

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır.
“Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli “Wi-Fi” xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri “Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər.
Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində “Airbus A320neo” əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, ilk “Airbus A320neo” təyyarəsi AZAL donanmasına 2025-ci ilin sentyabr ayında daxil edilib. Aviaşirkətin inkişaf planına əsasən, 2032-ci ilədək donanma 30-dan çox yeni təyyarə ilə genişləndiriləcək. Bu, AZAL-a regionun ən müasir və enerji baxımından səmərəli təyyarə parklarından birini formalaşdırmağa imkan verəcək.



Digər xəbərlər

Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığa dair görüş keçirilir

Əməkhaqqı artıb - RƏQƏMLƏR

Qızılın qiyməti rekord səviyyəyə çatdı

İran “Bazan” yatağında böyük həcmdə qaz ehtiyatları kəşf edib

Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq

Nağdsız ödəniş sisteminin tətbiq edildiyi avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər təsdiqlənib
Xəbər lenti
Ən çox oxunan
