İsveçdə yeni tədqiqat ali təhsilli uşaqsız qadınlar mifini təkzib edib

İsveçli demoqrafların yeni araşdırması ali təhsilli qadınların guya şüurlu şəkildə sosial statusu aşağı olan partnyorlardan uzaq durması və bu səbəbdən də uşaq sahibi olmaması ilə bağlı məşhur mifi təkzib edir.
AZƏRTAC xəbər verir ki, araşdırmaya görə, bu iddianın əksi həqiqətə uyğundur; təhsil səviyyəsi və sosial-iqtisadi vəziyyəti yüksək olan qadınlar aşağı təhsilli qadınlara nisbətən daha çox ana olurlar. Bu tendensiya İsveçdə 20 ildən çoxdur ki, inkişaf edir.
Əvvəllər belə hesab olunurdu ki, gəliri və təhsili az olan kişilərin ata olma ehtimalı azdır. İndi ölkə üzrə statistikanın İsveçdə anadan olan 20-45 yaş arası qadınlar haqqında məlumatlarına əsaslanan demoqraflar yeni (hələ dərc olunmamış) nəticələr əldə ediblər: eyni model təhsil səviyyəsi aşağı olan zərif cinsin nümayəndələri arasında da müşahidə olunur. Onların ailə qurmaq və uşaq sahibi olmaq ehtimalı daha azdır. Səbəb kişilərin təhsil səviyyəsi aşağı olan qadınlarla daha az münasibət qurması ola bilər.
Araşdırmaya görə, bu vəziyyətdə dönüş 1990-cı illərdə baş verib. 1970-ci illərdə doğulan qadınlar təhsil səviyyəsindən asılı olmayaraq, daha tez-tez ailə həyatı qurmağa başlayıblar. Ali təhsil artıq ana olmaq şansını azaldan amil deyil.
Bu gün bir çox qadın partnyorundan daha yüksək təhsil səviyyəsinə malikdir. Eyni zamanda, formal təhsil səviyyəsi aşağı olan bir çox ənənəvi “kişi” peşələri hələ də daha uzun təhsil tələb edən “qadın” ixtisasları ilə müqayisə edilə bilən gəlir gətirir.
Tədqiqat həm də müasir münasibətlərin qeyri-sabitliyi ilə bağlı geniş yayılmış rəyi təkzib edir. Gənclər 1990-cı illərdə olduğu kimi, qarşı cins ilə eyni yaşda və eyni miqyasda münasibətlərə girirlər. Əsas fərq ondan ibarətdir ki, aralarında sabit münasibətlərə baxmayaraq, bu cütlüklər getdikcə daha çox uşaqsız qalırlar.



Digər xəbərlər

Avstraliyada ölkə tarixinin ən böyük hərbi təlimləri başlanıb

Media: Avropa İttifaqı 160 yük avtomobili ilə Qəzzaya yardım çatdıracaq

Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər

Türkiyədə FETÖ-yə maliyyə dəstəyi verməsi şübhəsi ilə 231 nəfər saxlanılıb

NATO-nun Baş katibi Trampın Rusiya barədə bəyanatını alqışlayıb

Rusiyada polis rəisi həbs edildi
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
