Əhliman Əmiraslanov: Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq

Azərbaycan - Türkiyə qardaşlıq və dostluq əlaqələri zirvədədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunum rəhbəri, deputat Əhliman Əmiraslanov Bakıda 15 İyul - Demokratiya və Milli Birlik Gününün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
"Ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələri münasibətlərin genişmiqyaslı inkişafına imkan yaradır. 44 günlük Vətən müharibəsində başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyə Azərbaycanın yanında olub", - deyə o bildirib.
Deputatın sözlərinə görə, Şuşa Bəyənnaməsi Türkiyə ilə strateji müttəfiqliyimizi bütün dünyaya bəyan edib: "İki ölkənin parlamentləri arasında genişmiqyaslı əlaqələr mövcuddur. Çalışırıq ki, qanunvericilik aktlarını bir-birinə uyğunlaşdıraq”.
Əhliman Əmiraslanov onu da vurğulayıb ki, son günlər Türkiyədə terrorçuların tərk-slah olunması bütün Türk dünyasında əhəmiyyət kəsb edən hadisədir. “Türkiyədə və ondan kənarda terrorun bitməsini istəməyən qüvvələrin olmasına baxmayaraq, bu prosesin uğurla başa çatacağına əminəm”, - deyə o qeyd edib.



Digər xəbərlər

Numan Kurtulmuş: İyulun 15-də yazılmış qəhrəmanlıq dastanını unutmayacağıq

Prezident İlham Əliyev: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir

Türkiyə səfiri: Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq

Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik

Prezident İlham Əliyev monteneqrolu həmkarını təbrik edib

Xarici işlər nazirinin müavini Xorvatiyada beynəlxalq forumda iştirak edib
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
