Numan Kurtulmuş: İyulun 15-də yazılmış qəhrəmanlıq dastanını unutmayacağıq
 

13:07 / 15.07.2025 Oxunub: 67

 

Türkiyə xalqı bundan sonra da sui-qəsdçilərə və terrorçulara qarşı müqavimət göstərəcək, kənar qüvvələrin marionetlərinin hakimiyyəti ələ keçirməsinə imkan verməyəcək. 2016-cı il 15 iyul qəhrəmanlıq dastanını unutmayacağıq və heç kimə unutdurmayacağıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Fetullah Gülenin başçılıq etdiyi “Paralel dövlət” (FETÖ) terror təşkilatı üzvlərinin hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhdinin qarşısının alınmasının doqquzuncu ildönümü ilə bağlı paylaşımında deyilir.

TBMM sədri 15 iyul hadisələrini “öz tarixinə milli qəhrəmanlıq dastanını qızıl hərflərlə yazan xalqın qürur mənbəyi” adlandırıb.

Parlamenti spikeri şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə və həlak olan qəhrəmanların ailə üzvlərinə təşəkkürünü bildirib.

O yazıb: “2016-cı ilin 15 iyul hadisələri Türkiyə xalqının demokratiyaya sadiqliyinin, çevriliş cəhdlərinə müqavimət göstərməyə hazır olmasının, canı bahasına Vətəni müdafiə etmək istəyinin bariz nümunələrindən biridir”.

N. Kurtulmuş qeyd edib ki, “15 iyul qəhrəmanları sayəsində Türkiyə gələcəyə daha böyük ümidlə baxır”.



Digər xəbərlər

Xəbər lenti

15 Iyul 2025
13 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ