Avstraliyada ölkə tarixinin ən böyük hərbi təlimləri başlanıb

Avstraliyada ölkə tarixinin ən böyük və mürəkkəb hərbi təlimlərdən biri hesab edilən “Talisman Sabre 2025” manevrləri başlanıb. Təlimlərə 35 minə yaxın hərbçi cəlb olunub.
AZƏRTAC xəbər verir ki, artıq on birinci dəfədir keçirilən “Talisman Sabre” təlimləri bu il miqyasına və iştirakçı sayına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir. Üç həftə davam edəcək təlimlər zamanı Avstraliya və tərəfdaş ölkələrin hərbçiləri ölkənin bir sıra bölgələrində müxtəlif tapşırıqları icra edəcəklər. İlk dəfə olaraq təlimlərin bir hissəsi ölkədən kənarda – Papua-Yeni Qvineyada keçiriləcək.
Bu təlimlərdə ABŞ, Kanada, Fici, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Papua-Yeni Qvineya, Filippin, Koreya Respublikası, Sinqapur, Tailand, Tonqa və Böyük Britaniya silahlı qüvvələri iştirak edəcək.
Təlimlər çərçivəsində döyüş atışları, sahə məşqləri, dəniz desantının çıxarılması, quru qoşunlarının manevrləri, həmçinin hava və dəniz əməliyyatları nəzərdə tutulub. Manevrlər zamanı Avstraliya Silahlı Qüvvələrinin yeni imkanları – o cümlədən UH-60M “Black Hawk” helikopterləri və “Precision Strike Missile” (yüksək dəqiqlikli raket sistemi) nümayiş olunacaq.



Digər xəbərlər

İsveçdə yeni tədqiqat ali təhsilli uşaqsız qadınlar mifini təkzib edib

Media: Avropa İttifaqı 160 yük avtomobili ilə Qəzzaya yardım çatdıracaq

Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər

Türkiyədə FETÖ-yə maliyyə dəstəyi verməsi şübhəsi ilə 231 nəfər saxlanılıb

NATO-nun Baş katibi Trampın Rusiya barədə bəyanatını alqışlayıb

Rusiyada polis rəisi həbs edildi
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
