Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib
Almaniyanın müdafiə büdcəsi 62,4 milyard avroya çatdırılıb. Bu, ötən illə müqayisədə təxminən 10 milyard avro daha çoxdur. Bundan əlavə, xüsusi fondan 24 milyard avro da hərbi sahəyə ayrılıb. Bununla da Almaniya Silahlı Qüvvələrinin büdcəsi ümumilikdə 86 milyard avro olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius Bundestaqın iclasında bəyan edib.
Bununla da Almaniyanın hərbi xərclərin ümumi daxili məhsulun 5 faizinə çatdırılması hədəfinə doğru böyük addım atdığını vurğulayan B.Pistorius bildirib ki, məqsəd Bundesverin mümkün qədər qısa müddətdə tam təchiz olunması və davamlı döyüş qabiliyyətinə çatdırılmasıdır.
Nazir NATO-nun yeni hədəflərinin Almaniya Silahlı Qüvvələrinin hərtərəfli təchizat, müasir komanda sistemləri, hava hücumundan müdafiə, kəşfiyyat və digər sahələrdə daha yüksək hazırlıq səviyyəsi tələb etdiyini vurğulayıb. Bu baxımdan müdafiə xərclərinin artırılmasının zərurət olduğunu deyən B.Pistorius qeyd edib: “Biz bununla bir neçə istiqamətdə aydın siqnallar göndəririk. Birincisi, tərəfdaşlarımıza və müttəfiqlərimizə bildiririk ki, Almaniya verdiyi sözə sadiqdir – Almaniyaya etibar etmək olar. İkincisi, sənayeyə çatdırırıq ki, biz planlaşdırma üçün sabitlik yaradırıq və sürətli, etibarlı təchizat təmin edirik. Nəhayət, mümkün rəqiblər bilməlidirlər ki, müdafiə bizim üçün bir seçim deyil, dövlətin ən yüksək prioritetli vəzifəsidir”.


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan