Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər

ABŞ Prezidenti Donald Tramp ATACMS raketləri ilə Rusiyanın içərilərinə zərbələr endirmək üçün Ukraynaya icazə verə bilər.
AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ dövlət başçısının Kiyevin ehtiyaclarını qarşılamaq üçün əlavə ATACMS raketlərinin tədarükü barədə göstəriş verməsi də gözlənilir. Mənbələrdən birinin sözlərinə əsasən, Pentaqon artıq bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən istifadə etməklə Rusiyaya genişmiqyaslı zərbələr endirmək icazəsi verilməsinin vacibliyini vurğulayır.
Qeyd edək ki, iyulun 14-də Donald Tramp Avropa ölkələrinin bu tədarükləri maliyyələşdirəcəyi təqdirdə, Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirib. O, tədarükün koordinasiyasının NATO tərəfindən həyata keçiriləcəyini bəyan edib.
ABŞ Prezidenti, həmçinin Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal rüsumlarının tətbiqinin planlaşdırıldığını deyib. Müvafiq qərar 50 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə qüvvəyə minə bilər.



Digər xəbərlər

Avstraliyada ölkə tarixinin ən böyük hərbi təlimləri başlanıb

İsveçdə yeni tədqiqat ali təhsilli uşaqsız qadınlar mifini təkzib edib

Media: Avropa İttifaqı 160 yük avtomobili ilə Qəzzaya yardım çatdıracaq

Türkiyədə FETÖ-yə maliyyə dəstəyi verməsi şübhəsi ilə 231 nəfər saxlanılıb

NATO-nun Baş katibi Trampın Rusiya barədə bəyanatını alqışlayıb

Rusiyada polis rəisi həbs edildi
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
