G7 Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edəcək
 

11:36 / 13.10.2025 Oxunub: 150

 

“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri oktyabrın 15-də Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının payız sessiyası çərçivəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya dəstək məsələlərini müzakirə edəcəklər.

AZƏRTAC “Reuters” agentliyinə istinadən xəbər verir ki, sessiya bu həftə ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs G7 və Avropa İttifaqını Rusiyanın enerji satışından əldə etdiyi gəlirləri azaltmağa və onun xarici aktivlərə çıxışını məhdudlaşdırmağa çağırır. Görüşdə Avropa Komissiyasının dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 140 milyard avro həcmində “reparasiya krediti” ayırmaq planlarının da müzakirə ediləcəyi gözlənilir.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen sentyabrın 10-da verdiyi açıqlamada dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməyəcəyini, lakin onların Ukraynaya kredit ayırmaq üçün istifadə olunacağını bildirmişdi.

Qeyd edək ki, Rusiya aktivlərinin böyük hissəsi – təxminən 229 milyard avro Belçikada yerləşən “Euroclear” maliyyə platformasında saxlanılır.



Digər xəbərlər

Xəbər lenti

14 Oktyabr 2025
13 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ