Hərbi sualtı gəmilərə tələbat rekord həddə çatıb
Beynəlxalq geosiyasi gərginliyin artması fonunda hərbi sualtı gəmilərə tələbat son illərdə rekord səviyyəyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin məlumatına görə, 2021-2026-cı illər arasında 16 ölkə tərəfindən ümumilikdə 77 sualtı gəmi istismara verilib. Bu, soyuq müharibənin 1980-ci illərindən bəri ən yüksək göstərici hesab olunur.
“Naval News” nəşrinin məlumatına əsasən, bu dövrdə ən çox sualtı gəmini Çin (24) istifadəyə verib. Sonrakı yerlərdə Rusiya (12), ABŞ (7), Yaponiya (6), Hindistan (4), Almaniya (4) və Fransa (3) qərarlaşıb. Bu tendensiya Kanadanın Almaniyanın “TKMS” gəmiqayırma şirkətinin rəhbərlik etdiyi konsorsiuma irihəcmli sualtı gəmi sifarişi verməsi ilə də təsdiqlənir.
Fransa Hərbi Dəniz Qüvvələrinin keçmiş Baş Qərargah rəisi admiral Bernard Vogel bildirib ki, sualtı gəmilər dənizin görünməzliyindən istifadə etdikləri üçün onların qarşısını almaq ən çətin hərbi vasitələrdən biridir. Onun sözlərinə görə, tək bir sualtı gəmi belə müəyyən dəniz zonasına çıxışı məhdudlaşdıra, eyni zamanda, kəşfiyyat aparmağa və rəqibin hərbi gəmilərini izləməyə imkan verir.
Hazırda dünya okeanlarında təxminən 500 sualtı qayığın olduğu bildirilir. Mütəxəssislərin fikrincə, bu platformalar artıq təkcə böyük hərbi güclərin deyil, daha zəif orduların da arsenalında mühüm yer tutur.
Admiral Vogel qeyd edir ki, sualtı gəmilər daha güclü rəqib qarşısında qüvvələr balansını dəyişdirə bilən mühüm hərbi vasitə hesab olunur. O əlavə edib ki, əvvəllər “ən yaxşı sualtı gəmi ovçusu yenə sualtı gəmidir” fikri üstünlük təşkil etsə də, bu yanaşma müasir çoxməqsədli freqatların inkişafı ilə müəyyən qədər dəyişib.


Digər xəbərlər
Rəcəb Tayyib Ərdoğan: Xalqımız 15 iyulda nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı
ÜST xəbərdarlıq edir: 2050-ci ilədək onkoloji xəstəliklər ikiqat arta bilər
Körfəzdə sabitliyin yenidən pozulması neft və qazın qiymətlərinə təsirsiz ötüşmür
İran Səhiyyə Nazirliyi: ABŞ-nin hücumları nəticəsində 14 nəfər ölüb
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Xəbər lenti
Ən çox oxunan
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR