İbrahim Tatlıses illər sonra etiraf etdi

17:30 / 12.10.2025 Oxunub: 152

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses xalq ozanı Neşet Ertaşın xatirəsini anmaq üçün Kırşehirə gedib.

Tatlıses Ertaşın məzarını ziyarət edib və dua oxuyub.

“Neşet usta ilə yollarımız çox da tez-tez kəsişməyib. Bir dəfə “İbo Show”da qonaq olmuşdu, bir dəfə də İzmir hava limanında qarşılaşmışdıq. Amma onun sənətindən çox bəhrələnmişəm. Onun sayəsində çox çörək qazanmışıq. Böyük bir sənətkarı itirdik. Allah rəhmət etsin!”, - İbrahim Tatlıses bildirib.

Müğənni həm Neşet Ertaşın, həm də atası Muharrem Ertaşın ölümündən sonra daha çox dəyərləndirildiyini vurğulayıb:

“Atasının da dəyəri dünyadan köçdükdən sonra bilindi, Neşet Ertaşın da. Hər ikisi xalq musiqimizin əvəzsiz nümayəndələridir”.



Digər xəbərlər

Xəbər lenti

14 Oktyabr 2025
13 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ