İlham Əliyevin sədrliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturasına dair müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Kanal 20 TV xəbər verir ki, müşavirədə ölkədə rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi və rəqəmsal infrastrukturun inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılması istiqamətində prioritetlər, vahid fəaliyyət planının əsas məqsədləri və həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.
Prezident İlham Əliyev rəqəmsallaşmanın dövlət xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması və vətəndaşlara daha çevik xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Müşavirədə həmçinin yeni rəqəmsal arxitektura çərçivəsində dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və innovativ həllərin tətbiqi ilə bağlı tapşırıqlar verilib.
Qeyd edək ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.


Digər xəbərlər
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Xəbər lenti
Ən çox oxunan