Macarıstanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Macarıstanın Debrecen şəhərindəki eyni adlı universitetdə Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş təntənəli tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir AYID və DUA assosiasiyaları tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondunun və Budapeşt-Azərbaycan Evinin dəstəyi ilə keçirilib.
Tədbir AYID Assosiasiyasının direktoru Fərqanə Bayramlının açılış nitqi ilə başlayıb. O, çıxışında 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixindəki mühüm yerindən və bu günün dövlət müstəqilliyinin qorunması baxımından əhəmiyyətindən danışıb.
Daha sonra DUA Assosiasiyasının nümayəndələri İlham Qafarov, Nahid Bədəlli və Ömər Məmmədov çıxış edərək, Azərbaycanın müstəqilliyinin bərpası tarixini, milli həmrəyliyin rolunu və Avropada yaşayan azərbaycanlı gənclərin ölkəmizin mədəniyyətinin təbliğindəki fəaliyyətlərini diqqətə çatdırıblar.
Azərbaycanın dostlarının, qonaqların və tələbələrin də iştirak etdikləri tədbir həmrəyliyin və vətənpərvərlik ruhunun nümayişinə çevrilib.



Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib (FOTO)

İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir

Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Avropa liderləri ilə görüşəcək

Mehriban Əliyevanın Vatikan səfəri - "Mədəni irs və "yumşaq güc" diplomatiyası

Yunanıstanın etirazına baxmayaraq Almaniya Türkiyə ilə bağlı QƏRAR VERDİ

Azərbaycan və Ermənistan spikerləri görüşəcək
Xəbər lenti
Ən çox oxunan
