Naxçıvanda ayı ata və oğula hücum edib.

15:30 / 19.10.2025 Oxunub: 103

Hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.

Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.

Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər lenti

19 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ