Londonda azərbaycanlı musiqiçilərin iştirakı ilə xeyriyyə konserti keçirilib

Londonda Humay Quliyevanın irsinə həsr olunmuş “Şərqdən Qərbə” adlı xeyriyyə konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq səviyyədə tanınmış azərbaycanlı skripka ifaçısı Səbinə Rakçayeva və pianoçu Günel Mirzəyeva yaddaqalan konsert proqramı ilə çıxış ediblər. Konsert Beynəlxalq Qırmızı Xaç Komitəsinin keçmiş əməkdaşı Humay Quliyevanın xatirəsinə həsr olunub.
Musiqi gecəsi Azərbaycan icması ilə yanaşı müxtəlif ölkələrdən gələn tamaşaçılara mərhəmət, humanizm və dostluq dəyərlərini əks etdirən emosional və unudulmaz bir gün yaşadıb. Proqram çərçivəsində tanınmış bəstəkarların əsərləri səsləndirilib, videotəqdimatlar nümayiş olunub. Həmçinin, Humayın həyatına, təhsil və humanitar dəyərlərə sadiqliyinə həsr olunmuş çıxışlar dinlənilib.
Konsertin ideyası və bədii rəhbəri Səbinə Rakçayeva olub. Onun rəhbərliyi ilə təqdim edilən proqram Şərq və Qərb musiqi ənənələrini birləşdirərək, səmimi və dərinmənalı bir musiqi körpüsü yaradıb.
Humayın xatirəsini yaşatmaq və işini davam etdirmək məqsədi ilə təsis edilən “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova öz çıxışında musiqiçilərə və təşkilatçılara, eyni zamanda iştirakları ilə fondun fəaliyyətinin genişlənməsinə töhfə verən bütün donor və dəstəkçilərə minnətdarlığını bildirib.



Digər xəbərlər

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara çağırış edib
jpg-1760010530.jpg)
Xalq artisti Əminə Yusifqızı vəfat edib

Azərbaycan UNESCO-nun Konfransında (MONDIACULT 2025) təmsil olunacaq

Parisdə Xurşidbanu Natəvana həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib
jpg-1758948193.jpg)
Afaq Bəşirqızı 10 il sonra qayıdır

Xankəndidə Şəhər Günü qeyd olunur
Xəbər lenti
Ən çox oxunan
