Mehriban Əliyevanın Vatikan səfəri - "Mədəni irs və "yumşaq güc" diplomatiyası

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər və müzakirələr tərəflər arasında etimadın institusional səviyyəyə yüksəldiyini göstərir.
Tarixi, milli-mənəvi dəyərlərimiz olan və dövlət siyasətinin ayrılmaz hissəsi kimi sülh, tolerantlıq və multikulturalizm Azərbaycanda daim təbliğ olunur.
Birinci Vitse-prezident Mehriban Əliyevanın səfəri bu siyasətin beynəlxalq səviyyədə təqdimatı idi — Katolik dünyasının mərkəzində, Müqəddəs Taxt-Tacla əməkdaşlıq formatında tolerantlığın praktiki təzahürü nümayiş etdirildi.
Vitse-prezidentimizin multikulturalizm və dini harmoniyanı həm dövlət siyasəti, həm də cəmiyyətin yaşam tərzi kimi vurğulaması ölkədaxili dini konfiqurasiyada balanslı, inklüziv münasibətin praktik ifadəsidir. Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb. Səfərin gündəliyi Heydər Əliyev Fondunun illərdir sistemli şəkildə dəstəklədiyi bərpa layihələrinin məntiqi davamı kimi, Azərbaycanın mədəniyyətlərarası körpü və dinlərarası dialoqun fəal tərəfdarı imicini möhkəmləndirdi.
Fondun dəstəyi ilə Kommodilla katakombalarının bərpası, Müqəddəs Pavel və Müqəddəs Pyotr bazilikalarında həyata keçirilən işlər, eləcə də ali kilsə rəhbərləri ilə görüşlər dövlətlərarası mədəni və humanitar münasibətlərin inkişafına xidmət edir. Roma Papası XIV Leo da bu əməkdaşlığın məhz Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir. O, bildirib ki, Azərbaycan ilə Vatikan arasında münasibətlər son illərdə yüksək etimad və qarşılıqlı hörmətə əsaslanır.Bu əlaqələr ilkin mərhələdə mədəni və dini abidələrin bərpasına yönəlmişdi, lakin bu gün artıq elmi tədqiqatlar, mədəni mübadilələr və təhsil sahəsində birgə layihələrlə genişlənib.
Heydər Əliyev Fondunun Vatikanla layihələri — Kommodilla, Sebastian, Marçelino və Pietro katakombalarının bərpası, Müqəddəs Pyotr və Pavel bazilikalarındakı restavrasiya işləri — bu hörmətin mədəni diplomatiya dili ilə ifadəsidir.
Birinci vitse-prezidentin səfəri çərçivəsində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışı da mühüm siyasi və simvolik hadisə idi.
Müqəddəs Taxt-Tac — dünyada bir milyarddan çox katolikin mənəvi mərkəzi kimi — beynəlxalq ictimai rəyin formalaşmasında əhəmiyyətli təsirə malikdir. Bu baxımdan, Azərbaycan səfirliyinin fəaliyyətinin gücləndirilməsi ölkəmizin həqiqətlərinin, sülh təşəbbüslərinin və multikultural dəyərlərinin dünyaya çatdırılması baxımından strateji önəm daşıyır.
Birinci Vitse-prezidentin bu səfəri Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl və düşünülmüş şəkildə həyata keçirildiyini nümayiş etdirdi.
Azərbaycan artıq təkcə enerji və iqtisadi layihələrlə deyil, həm də mədəni və mənəvi kapitalı ilə qlobal miqyasda fərqlənir. Mədəni irsin qorunması, dini məkanların bərpası, elmi-tədqiqat tərəfdaşlığı bir-birini tamamlayır. Bu sinerji Azərbaycanın mədəni, humanitar, elmi sahədə dayanıqlı nüfuz yaratdığını göstərir.



Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Asiya Parlament Assambleyasının Koordinasiya görüşünə sədrlik edib (FOTO)

İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir

Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Avropa liderləri ilə görüşəcək

Macarıstanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Yunanıstanın etirazına baxmayaraq Almaniya Türkiyə ilə bağlı QƏRAR VERDİ

Azərbaycan və Ermənistan spikerləri görüşəcək
Xəbər lenti
Ən çox oxunan
