Türkiyə XİN Əfqanıstan ilə Pakistan arasında atəşkəsin əldə olunmasını alqışlayıb

22:46 / 19.10.2025
Oxunub: 90
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstan ilə Pakistan arasında əldə olunan atəşkəslə bağlı açıqlama YAYIB.
AZƏRTAC xəbər verir ki, nazirliyin açıqlamasında Türkiyə və Qətərin vasitəçiliyi ilə Dohada keçirilən görüşlərdə Əfqanıstanla Pakistan arasında atəşkəsin əldə olunması, eləcə də tərəflər arasında sülh və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması qərarının məmnunluqla qarşılandığı bildirilib.
Türkiyə XİN, həmçinin adıçəkilən görüşlərə ev sahibliyi edən Qətərin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Türkiyə iki qardaş ölkə arasında, eləcə də bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcək”, - deyə açıqlamada vurğulanıb.



Digər xəbərlər

WhatsApp-da yeni qayda tətbiq edilir

Dərman qiymətləri sürətlə artır

Ağ Evdə Trampla Zelenski arasında görüş başlayıb

Orban və Putin Budapeştdə Rusiya–ABŞ sammitinin keçirilməsi imkanını müzakirə edib

Zelenski: ABŞ-ın köməyi ilə bu müharibəni dayandıra bilərik
jpg-1760346510.jpg)
Britaniya Qəzzaya yardım paketi çərçivəsində 27 milyon dollar ayıracaq
Xəbər lenti
19 Oktyabr 2025
Ən çox oxunan

11:51
13 Oktyabr 2025
263