Manatın 2026-cı ildəki məzənnəsi ilə bağlı vacib XƏBƏR
Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valyuta ehtiyatları və idarə olunan üzən məzənnə rejimi manatın sabitliyini qorumaqda davam edəcək.
Bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" (FS) şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib.
Hesabatda manatın ABŞ dollarına qarşı məzənnəsinin 2026-cı ildə 1,7 səviyyəsində qalacağı və yaxın dövrdə ciddi dəyişiklik gözlənilmədiyi vurğulanır. Qurum hesab edir ki, böyük xarici şoklar baş vermədiyi halda məzənnənin kəskin hərəkəti üçün əsas yoxdur.
Proqnoza əsasən, AMB inflyasiya təzyiqlərinin yüksək olsa da, ümumilikdə azalma trendində olması AMB-yə ehtiyatlı yumşalma imkanı yaradır. Bu da məzənnə sabitliyini dəstəkləyən əsas amillərdən biri olacaq./APA


Digər xəbərlər
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub
Rəqəmsal Platformalarda Vergitutma Məsələləri Müzakirə Olunub
İpoteka və Kredit Zəmanət Fondu 17,4 milyon manat kredit verib
“Azeri Light” nefti ucuzlaşıb – son qiymət açıqlandı
Azərbaycanda minimum əməkhaqqına hər il baxılacaq – 700 min nəfəri əhatə edən artım mexanizmi təsdiqləndi
Xəbər lenti
Ən çox oxunan
Azərbaycan XIN: İslamofobiya bərabərlik və qarşılıqlı anlaşma prinsiplərini sarsıdır