Məktəblilər üçün tətil vaxtı BƏLLİ OLDU

17:15 / 26.10.2025 Oxunub: 119

Noyabrın 17-dən 2025-2026-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

KANAL 20 TV  Baku.ws-ə istinadən xəbər verir ki, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək.

22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.



Digər xəbərlər

Xəbər lenti

27 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ