Neftçalada erkən nikahın qarşısı alındı
12:45 / 25.10.2025
Oxunub: 194
eftçala rayonunda erkən nikah faktının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, oktyabrın 24-də rayon ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.


Digər xəbərlər
Xəbər lenti
27 Oktyabr 2025