“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB

19:00 / 17.04.2025 Oxunub: 409

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilib.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə bir sıra dövlət rəsmiləri, səfirlik nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak ediblər.

Mərasimdə çıxış edən rəsmilər "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin əhəmiyyətindən danışıblar.

Eyni zamanda il ərzində görülən tədbirlər barədə məlumat verilib. Daha sonda mərasim təntənəli konsert proqramı ilə davam etdirilib.

12:59

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilir.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bağlanış mərasimində Azərbaycanın bir sıra rəsmi şəxsləri, xarici ölkə səfirliklərinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri iştirak edir.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilib. 



Digər xəbərlər

Xəbər lenti

25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ