Yasamalda tarixi evlər sökülür? - AÇIQLAMA

"Sovetski"də söküntü işləri aparılır. Söküntülər qəzalı binaları əhatə edir. Əvəzində boş qalan yerlər isə mərkəzi parka birləşdiriləcək. Bu ərazidə tarixi binalar da var.
Burda olan sakinlər bəzi evlərin 100-dən çox yaşı olduğunu bildirirlər. Onlar mənzillərinin sökülməsini də istəmirlər.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan prospekti Süleyman Tağızadə, Mirzəfətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev, Bəşir Səfiroğlu, Nizami, Həzi Aslanov, Çingiz Mustafayev küçələrində dövlət mühafizəsinə götürülmüş 72 tarixi memarlıq abidəsi var.
Qeyd edək ki, Milli Elmlər Akademiyası tərəfindən də 33 obyektin dövlət mühafizəsinə götürülməsinə müsbət rəy verilib./Milli.az/



Digər xəbərlər

Evdəki bu əşyalar internetin sürətini zəiflədirmiş - Açıqlama

İnsanı 10 yaş cavanlaşdıran tərəvəz - Çox adam bilmir

Son iki gündə 77 cinayətin açılması təmin olunub

Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadıldı

TƏBİB Bakıda qrip peyvəndinin vurulma məntəqələrinin siyahısını açıqlayıb

Məktəb və bütün bağçalarda üztanıma sistemi tətbiq olunacaq - YENİLİK
Xəbər lenti
Ən çox oxunan
