Zelenski: Ukrayna Fransadan əlavə “Mirage” qırıcı təyyarələri alacaq
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Fransadan əlavə “Mirage” qırıcı təyyarələri alacaq, Böyük Britaniya isə ölkəyə hava hücumundan müdafiə sistemlərinin tədarükünü davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı axşam videomüraciətində məlumat verib.
“Böyük Britaniya və Fransaya xüsusi təşəkkür etmək istərdim. Ukrayna üçün əlavə “Mirage” qırıcıları və hava hücumundan müdafiə raketləri ilə bağlı qərar qəbul edilib. Britaniya hava hücumundan müdafiə, o cümlədən raketlərin və ələ keçirən dronların istehsalı sahəsində bizə kömək etməyə davam edəcək”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, Kiyev ilk fransız istehsalı “Mirage” qırıcılarını 2025-ci ilin fevralında Parisdən alıb.


Digər xəbərlər
Seul: Tramp və Kim Çen Inın görüşü çətin görünür, amma mümkündür
Karib hövzəsi ölkələri “Melissa” qasırğasının təsirinə hazırlaşır
Ana ağlayan körpəsini ÖLDÜRDÜ
Alimlərdən HƏYƏCAN TƏBİLİ: Xərçəngə səbəb olan qida məhsulu satışdan yığışdırılmalıdır
"ChaGBT" ilə bağlı yenilik