AFFA İntizam Komitəsi “Neftçi”ni cərimələyib

AFFA İntizam Komitəsi “Neftçi”ni 15 min 700 manat məbləğində cərimələyib.
Trend xəbər verir ki, buna Misli Premyer Liqasının VII turunda “Zirə” ilə matçda qeydə alınan qayda pozuntuları səbəb olub.
Paytaxt təmsilçisi 4 üzvü sarı vərəqə aldığı üçün 700 manat, azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə 10 000 manat, məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 5000 manat cərimə edilib. Məşqçiyə isə 2 oyunluq cəza verilib.
“Zirə” isə futbolçusu Ayron Qomisin (1 oyunluq cəza) ikinci sarıdan qırmızı vərəqə alması və VAR maşını ətrafında təhlükəsizliyin tam təmin edilməməsi səbəbindən ümumilikdə 1500 manat ziyana düşüb.
Bundan başqa, “Sumqayıt” – “Turan Tovuz” oyununda ev sahibi, “Qəbələ” – “Şamaxı” matçında isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 700 manat cərimə ödəyəcək.



Digər xəbərlər

Tarixində ilk dəfə dünya çempionatında oynayacaq

DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub - YENİLƏNİB-6

Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçiriləcək

Avropa çempionatı: Azərbaycanın kişi şahmatçılardan ibarət millisi Macarıstana qalib gəlib

"Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib

AFFA rəsmiləri Parisdə Azərbaycanın Fransadakı səfiri ilə görüşüblər
Xəbər lenti
Ən çox oxunan
