"Qarabağ" dünya reytinqində 14 pillə irəliləyib

16:00 / 12.10.2025 Oxunub: 161

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

Oxu.Az IFFHS-nin saytına istinadən xəbər verir ki, reytinqdə 501 klub yer alıb.

Azərbaycan çempionu "Qarabağ" dünya reytinqində 14 pillə irəliləyərək 96-cı sıradan 82-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz "Sabah" 302-ci mövqedən 296-cı yerə yüksəlib. "Araz-Naxçıvan" 355-ci yerdən 391-ci yerə, "Zirə" isə 380-ci yerdən 407-ci mövqeyə düşüb.

Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin "Real Madrid", "İnter", "Çelsi"və "Barselona" yer alırlar.



Digər xəbərlər

Xəbər lenti

14 Oktyabr 2025
13 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ