Ağ Ev ABŞ nümayəndə heyətinin Pakistana səfərinin təxirə salındığını təsdiqləyib
 

11:30 / 22.04.2026 Oxunub: 93

 

ABŞ administrasiyası İranla danışıqlar məqsədilə Pakistana nümayəndə heyətinin göndərilməsi planının hazırda gündəmdə olmadığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir: “Prezident Donald Trampın “Truth Social” hesabındakı paylaşımına əsasən, ABŞ İranın danışıqlar yolu ilə təqdim edəcəyi təklifi gözləyəcək. Pakistana danışıqlar üçün səfər bu gün baş tutmayacaq”.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın sülh yolu ilə həll təkliflərini nəzərdən keçirməsi şərti ilə İranla atəşkəs müddətinin uzadıldığını açıqlamışdı.



Digər xəbərlər

Xəbər lenti

21 Aprel 2026
19 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə